12 iyul 2016 22:49

Qarabağ Düdelanjı məğlub yola saldı

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı son çempion "Qarabağ" təmsil edir.

Ağdam klubu startda Lüksemburq "Düdelanj"ı ilə düşüb. Son iki mövsümdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Qurban Qurbanovun komandasından bu il daha böyük uğur gözlənilir. "Qarabağ" ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq yolunda cırtdan ölkə təmsilçisini mübarizədən kənarlaşdırmağa borcludur.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu bir həftə sonra səfərdə keçiriləcək. Bu üzdən də təmsilçimiz doğma meydanda mümkün qədər çox qol vurub, öz qapısının toxunulmazlığını qorumalıydı. Gözlənildiyi kimi, Ağdam klubu bu vəzifənin öhdəsindən gələ bilib. İki cavabsız qolla qalib gələn Qurban Qurbanovun yetirmələri səfərə də arxayın yollana bilərlər.

UEFA Çempionlar Liqası
İkinci təsnifat mərhələsi, ilk oyun

12 iyul

“Qarabağ” - “Düdelanj” - 2:0 (2:0)
Qollar: R.Almeyda, 10-pen. (1:0). R.Almeyda, 27 (2:0).
Sarı vərəqə: B.Meliss, 9. K.Malje, 24. D.Kintana, 33. M.Medvedev, 39. M.Pokar, 48. Q.Qarayev, 55.
Baş hakim: Orel Qrinfild (İsrail).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Mişel, 10. Muarem Maurem (22. Əfran İsmayılov, 74), 11. Mahir Mədətov (9. Reynaldo, 63), 13. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana (15. Rahid Əmirquliyev, 83).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
"Düdelanj": 1. Jonatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar (99. Momar N`Diay, 56), 9. Daniel da Mota, 19. Rodriqe Dikaba, 21. Dominik Ştolts, 25. Kevin Nakaş (22. Stelviu, 81), 26. Cerri Prempe, 27. Brayan Meliss, 29. Kevin Malje (2. Kleyton Moreyra, 67), 77. David Turpel.
Ehtiyat oyunçular: 33. Co Frizinq, 7. Sanel İbrahimoviç, 10. Yassin Ben-Aciba, 30. Aleksandr Lorente.
Baş məşqçi: Dino Topmöller.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.