12 iyul 2016 00:05
Zenitin məşqçisi Şeydayevin vətəndaşlığı dəyişmək istəməsindən danışdı
Rusiyanın "Zenit" klubunun ikinci komandasının baş məşqçisi Vladislav Radimov Ramil Şeydayevin AFFA ilə danışıqlar aparmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında əslən azərbaycanlı olan futbolçunun Rusiya vətəndaşlığından imtina etmək istəməsini belə şərh edib:
"Şeydayev öz nəslinin ən istedadlı futbolçularından biridir. O, bunu isbatlayıb. Başqa vətəndaşlığı qəbul etsə... Siz özünüz də Avropa çempionatında gördünüz ki, bizim yüksək səviyyəli futbolçularımız elə də çox deyil".
