11 iyul 2016 19:30
Ramil Şeydayev AFFA ilə danışıqlara başladı: vətəndaşlığını dəyişə bilər
Rusiyanın "Zenit" klubunun sabiq hücumçusu Ramil Şeydayev Rusiya vətəndaşlığını dəyişib, Azərbaycan pasportu ala bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə Rusiya mətbuatı çıxış edib.
Məlumatda bildirilir ki, futbolçu hazırda Bakıdadır. Onun AFFA rəsmiləri ilə danışıq apardığı iddia olunur.
Qeyd edək ki, "Zenit"dən ayrılandan sonra bu futbolçu azad agent statusu daşıyır. 20 yaşlı futbolçunun Türkiyənin "Trabzonspor" klubuna keçəcəyi xəbər verilir.
