11 iyul 2016 19:00

Qurban Qurbanov: Ola bilər ki, sabah bizdə hər şey yaxşı alınmasın

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ı ilə ilk oyun öncəsi mətbuat konfransında iştirak edib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Hamımız bu turnirin startını səbrsizliklə gözləyirdik. Rəqib barədə çoxlu məlumat əldə etmişik. Digər klublarımızın avrokuboklardakı uğurlu çıxışı da bizim üçün əlavə stimuldur. Rəqibə hörmətlə yanaşırıq. Deyirlər ki, Lüksemburq balaca ölkədir, futbolu da zəifdir. Amma özünüz da müasir futbolda zəif rəqib anlayışının qalmadığını görürsünüz. Bizim üçün startdakı ən çətin rəqiblərdən biridir. Buna baxmayaraq, maksimum nəticə qazanmaq istəyirik. Rəqibin heyətində sürətli futbolçular var. Sabah ola bilər ki, bizdə hər şey yaxşı alınmasın. Amma meydanın hər qarışı uğrunda mübarizə olacaq. 25 günlük toplanışdan maksimum faydalanmağa çalışdıq. Amma kimin nə dərəcədə hazır olduğunu sabah oyun göstərəcək.

- Reynaldo oynayacaq?
- Start heyətdə olmayacağı dəqiqdir. Sonradan meydana çıxmaq şansı da azdır. Həkimlərin cavabı mənfi olsa, ümumiyyətlə iştirak ərizəsinə də daxil etməyə bilərik.

- Reynaldonun yerində kim oynayacaq - Muarem, ya Mahir Mədətov?
- Onların hər ikisi meydana çıxa bilər.

- Rəqibin hansı üstünlükləri var?
- Baş məşqçiləri yenidir. Almaniyalı mütəxəssis Dino Topmöller. Hər mövqedə intizamlı futbolçulara malikdirlər. Bunu hiss etmək çətin deyil. "Düdelanj" mərhələ keçməyi çox istəyir. Almaniyadan iki futbolçu transfer ediblər. Hücumda Lüksemburq yığmasının futbolçuları çıxış edir. Hər mövqedə yaxşı oyunçuları var.

- Komandanızda psixoloji vəziyyət nə yerdədir?
-İlk oyunda həyəcan olacaq. Psixoloji vəziyyətdən razı deyiləm. Amma bunun öhdəsindən gəlməyə çalışacağıq.

- Komandanız ÇL-in qrup mərhələsinə vəsiqə qazana bilsə, missiyanızı başa çatmış saymaq olar?
- Gəlin öncə oraya vəsiqə qazanaq, sonra bundan danışarıq. Biz hələ təsnifat mərhələsində mübarizəyə indi başlayırıq. "Qarabağ"dan getməyə də hazırlaşmıram. Amma həyatdır, hər şey ola bilər.

- Qazondan razı qaldınız?
- Problemlər var idi, amma bütövlükdə, pis deyil. Bizi qane edir.

- Sabah mərhəzi arenada nə qədər azarkeş görmək istərdiniz?
- Çoxlu azarkeşimiz var. Hər kəsi sabah oyuna dəvət edirəm. Hamının bizim ÇL-in qrup mərhələsinə vəsiqə qazanmağımızı istədiyini nəzərə alsaq, stadiona gələnlərin də sayının çox olmasını gözləyirəm. Dolu tribunalar görmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.