11 iyul 2016 18:00
Əliyar Ağayev Xorvatiya - Hollandiya matçında
Bu gün Almaniyada 19 yaşadək futbolçular arasında Avropa çempionatı start götürür. Azerisport.az xəbər verir ki, bu AÇ-də Azərbaycan FİFA referisi Əliyar Ağayevin timsalında təmsil olunur.
O, ilk turda Xorvatiya - Hollandiya matçına təyinat alıb. Hakimimiz bu görüşdə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
