11 iyul 2016 17:30
Neftçinin sabiq forvardı: Sumqayıta qayıtmaqla düz etdim
"Neftçi"nin hücumçusu Məhəmməd Qurbanov paytaxt klubu tərk edib yenidən "Sumqayıt"a qayıtmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son mövsüm mənim üçün elə də uğurlu alınmadı. Ona görə də klubumu dəyişməyə qərar verdim. Optimal formamı bərpa etmək istəyirəm. Fikrimcə, qarşıdakı mövsümdə "Sumqayıt"da uğurlu çıxış edə biləcəyəm. Doğma klubuma qayıtdığıma görə də şadam. Fikrimcə, bu komandaya qayıtmaqla doğru addım atdım. "Neftçi"yə də hər şeyə görə sağ ol deyirəm".
