11 iyul 2016 16:00
"Qarabağ favoritdir"
Lüksemburqun "Düdelanj" klubunun oyunçusu Momar N`Diaye Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"28 yaşım olsa da, Çempionlar Liqasında debüt edəcəyəm. Bu turnirdə nəyəsə nail olmaq istəyirik. Rəqibə gəlincə, yaxşı komanda olduğunu bilirik. Onlar Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. "Qarabağ" faovirtdir, amma bizim də şansımız var. Futbolda heç kim öncədən dəqiq proqnoz verə bilməz. Onların yaxşı yerli futbolçuları var. Böyük beynəlxalq təcrübəyə malikdirlər. Hamısı yaxşı futbolçudurlar". (Luxemburger Wort)
