11 iyul 2016 14:00
Tadas Simaitis: Admiranı da keçə bilərik
"Kəpəz"in qapıçısı Tadas Simaitis Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı keçirəcəkləri oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Admira" "Barselona" deyil ki, bizə 3-4 qol vursun. Biz imkan verməsək, ümumiyyətlə bizə qol vura bilməzlər. Bizim üçün vacib olan öz oyunumuzdur. Rəqibin necə oynaması ikinci plandadır. Rəqibdən çəkinməyə dəyməz. "Admira"nı keçə bilərik. Şansların da 60-ın 40-a bizim lehimizə olduğunu düşünürəm. Sadəcə, yaxşı oynamağımız lazımdır".
