11 iyul 2016 13:50
Admira - Kəpəz matçının da hakim təyinatları açıqlandı
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"in Avstriya "Admira"sına qarş keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu matçı çernoqoriyalı hakimlərə tapşırıb.
Qarşılaşmanın baş hakimi 40 yaşlı Pavel Radanoviç təyin olunub.
Qeyd edək ki, "Admira" – “Kəpəz” oyunu iyulun 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
