11 iyul 2016 13:40
Qəbələnin oyununda isveçli hakim
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin Macarıstan MTK-sına qarş keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu matçı isveçli hakimlərə tapşırıb.
Qarşılaşmanın baş hakimi 34 yaşlı Boyan Panciç təyin olunub.
Qeyd edək ki, MTK – “Qəbələ” oyunu iyulun 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
