11 iyul 2016 13:30
Neftçinin oyunu belaruslu hakimə tapşırıldı
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin Makedoniya "Şkendiya"sına qarş keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu matçı belaruslu hakimlərə tapşırıb.
Qarşılaşmanın baş hakimi 40 yaşlı Sergey Tsinkeviç təyin olunub.
Qeyd edək ki, "Neftçi" - "Şkendiya" matçı iyulun 14-də 8-ci km stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
