11 iyul 2016 12:20
AFFA prezidenti AÇ-nin ən yaxşı gənc futbolçusunu mükafatlandırdı
Portuqaliya yığmasının heyətində Avropa çempionu olan Renato Sanşeş AÇ2-2016-nın ən yaxşı gənc futbolçusu seçilib. Azerisport.az xəbər verir ki, o, bu nominasiyada Kinqsli Komanla Rafael Qerreyronu qabaqlayıb.
Qeyd edək ki, AÇ-nin ən yaxşı gənc futbolçunun müəyyənləşdirilməsi və mükafatlandırılması Azərbaycan şirkəti - SOCAR tərəfindən həyata keçirilib. Mükafatı Renatoya AFFA prezidenti Rövnəq Abdullayev təqdim edib.
