11 iyul 2016 11:30
Azərbaycan klubu İstanbul kubokunun qalibi oldu
Türkiyədə çimərlik futbolu üzrə İstanbul kuboku başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Lalətəpə" turnirin finalında yerli "Mədəniyyət Universiteti" ilə qarşılaşıb.
Təmsilçimiz bu oyunda 5:3 hesabıyla qalib gəlib. Qolları dubla imza atan Orxan Məmmədov, eləcə də Asif Zeynalov, İlkin Hacıyev və Abdul Əliyev rəqib qapısından keçirib.
Qeyd edək ki, komandamız daha öncə Yunanıstan "Atlas"ına və Hollandiya "Zeeland"ına eyni hesabla (7:2) qalib gəlmişdi.
