10 iyul 2016 20:00

FİFA prezidenti SOCAR-a əməkdaşlığa görə təşəkkür etdi

Futbol üzrə Avropa çempionatının (AÇ-2016) final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə qəbul keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov futbol üzrə Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı olan SOCAR-ın ötən bir ay müddətində uğurla fəaliyyət göstərdiyini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək, bunun SOCAR-ın ilk sponsorluğu olduğunu və şirkətin üzərinə düşən yükün öhdəsindən müvəffəqiyyətlə gəldiyini diqqətə çatdırıb. Bir ay əvvəl Fransanın finala çıxmasını arzuladığını və bu gün arzusunun reallaşdığını deyib. O, Avropa Kuboku yarışlarının təşkilinə görə UEFA menecerlərinə, eləcə də Fransa hökumətinə təşəkkür edib. Futbol ailəsi üzvlərinin əl-ələ verib gələcəkdə də böyük yarışlar keçirəcəklərinə əminliyini bildirib.

Parisin 7-ci rayonunun meri Raşida Dati SOCAR-a sponsorluğuna və tərəfdaşlığına görə təşəkkürünü bildirib. R.Dati deyib: “Fürsətdən istifadə edərək Azərbaycana dəstəyimi bir daha bildirmək istəyirəm. Yüksək səviyyəli Azərbaycan-Fransa münasibətlərini pozmağa cəhd edənlər var. Ancaq əminəm ki, ölkələrimiz arasındakı tarixi, dərin və möhkəm dostluq əlaqələri bütün mənfi manevrlərə üstün gələcək. Burada iştirak edən və bütün partiyaları təmsil edən deputatlar Azərbaycanı dəstəkləyirlər. Arzu edirəm ki, Azərbaycanın xoş günlərində yanında olan şəxsiyyətlər onun çətinliklə üzləşdiyi anlarda da yanında olsun”.

Sonra Fransa Şəhər, Gənclər və İdman Nazirliyinin idman üzrə dövlət katibi Tyeri Brayar qeyd edib ki, o da SOCAR, FİFA və Fransa arasında olan münasibətlərin daha da dərinləşməsinə çalışır. T.Brayar bildirib ki, Fransa Avropa Kuboku yarışlarının ən yüksək səviyyədə təşkili, bütün oyun zonalarında təhlükəsizliyin təmin edilməsi və oyunların xoş təəssüratlarla yadda qalması üçün əlindən gələni edib.

Fransalı nazir “Bakı-2015” Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil edilməsinin şahidi olduğunu və ölkəmizin yeni beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəyə və iradəyə malik olduğunu vurğulayıb. Avropa Kuboku yarışlarını yüksək səviyyədə təşkil etməsinə görə Fransaya olan təbriklərə sevindiyini qeyd edib.

Nazir Azərbaycanda güləş üzrə yarışlarda iştirak etdiyini və bu yarışlarda azərbaycanlı güləşçilərin qızıl medal qazandığını bildirərək, sabahkı final oyununun Fransada keçirildiyini və qalibin Fransa olacağına ümid etdiyini bildirib.

Sonda FİFA-nın prezidenti Ciani İnfantino Avropa Kuboku yarışlarının təşkilatçılarına və SOCAR-a tərəfdaşlığa görə təşəkkür edib. Bu axşam Parisdə Azərbaycan qonaqpərvərliyinin şahidlərini 2020-ci ildə ölkəmizdə keçiriləcək AÇ-2020 futbol yarışlarına və bu yarışlardan əvvəl də Bakıya gəlməyə dəvət edib. O, iştirakçıları əmin edib ki, onlar Bakıda özlərini Fransadakı kimi hiss edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.