10 iyul 2016 19:00
AFFA türkiyəli forvarda dəvət göndərib
Türkiyənin "Bursaspor" klubunun forvardı Deniz Yılmaz Azərbaycan yığmasından dəvət alıb. Azerisport.az xəbər verir ki, bunu futbolçunun meneceri Erdem Karagöl açıqlayıb:
“Deniz Yılmaz indiyə kimi Türkiyə yığmasının heyətində oynamadığından Azərbaycanda çıxış etməsi üçün heç bir əngəl yoxdu. Deniz əslində “ay-ulduzlu”ların formasını geyinmək istəyirdi. Amma bu baş vermədiyindən onu sevindirən bu təklifə isti yanaşır. Hazırda bu haqda düşünmək üçün bir az vaxt istəyir. O, indi “Bursaspor”un mövsümöncəsi təlim-məşq toplanışındadı. 3-4 günə qərarını verəcək”. (АА)
