10 iyul 2016 13:30
Qarabağ UEFA reytinqində 120-ci pillədə
UEFA Çempionlar Liqasının və Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində klubların reytinq siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan klubları arasında ən yaxşı göstərici "Qarabağ"a məxsusdur.
Ağdam klubu 13,375 xalla 120-ci pilləd qərarlaşıb. İkinci yerdə "Neftçi" qərarlaşıb - 9,125 xalla 156-cı yer.
Digər klublarımızın reytinqdəki mövqeyi isə belədir: "Qəbələ" - 5,625 (211), "İnter" - 5,373 (219), "Xəzər Lənkəran" - 3,875 (284), "Kəpəz" - 3,375 (312), "Bakı" - 3,125 (323).
