10 iyul 2016 12:00

Ruslan Abışov: Bakı klubunu ailəmin istəyinə görə seçdim

"İnter"in müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- "İnter"dəki ilk günləriniz necə keçir?
- "İnter"də çoxlu dostum var. Ona görə də ilk gündən özümü burada çox yaxşı hiss edirəm. Növbəti mövsümə hazırlıq da yaxşı keçir.

- Komandanız bu qədər yerli futbolçu ilə növbəti mövsümdə nəyə nail ola bilər?
- Legioner sayının çox olması gələcək uğurlar üçün zəmanət hesab oluna bilməz. Əsas keyfiyyətdir. Hazırda heyətimizdə cəmi üç legioner var. Futbolumuzdakı ən yaxşı legionerlərdən hesab olunurlar, təcrübələri də kifayət qədərdir. "İnter"in heyətə cəlb etdiyi yerli futolçularla istənilən uğura imza atmaq olar. Əsas yaxşı hazırlıq keçməkdir.

- Siz hələ Zaur Svanadzeni yaxşı tanımırsınız. Gördüklərinizə əsasən onu Roman Qriqorçukla müqayisə edilə bilərsiniz?
- Hələ bu barədə danışmaq mənə çətindir. Hər ikisi peşəkar mütəxəssisdir. Son mövsümdə də komandaları uğurlu çıxış edib. Məncə, onlar ölkəmizdə gördükləri hörmətə layiqdirlər.

- Yığmada dayaq yarımmüdafiəçisi, "Qəbələ"də mərkəz müdafiəçisi kimi çıxış edirdiniz. "İnter"də necə olacaq?
- Buna Zaur Svanadze qərar verəcək. "İnter"də hər iki mövqedə ciddi rəqabət var. Amma hər iki mövqedə oynamaq məni qane edir.

- "Qəbələ"ni niyə tərk etdiniz?
- Uzun müddətdir paytaxtdan kənarda oynayıram. Bir il Lənkəranda, üç il Kazanda, iki il Qəbələdə oldum. Ailəm Bakıya qayıtmağımı, yanlarında olmağımı istəyirdi. "İnter"də də bu baxımdan problemim olmayacaq.

- Sizin "Neftçi"yə, İran "İstiqlal"ına da keçəcəyiniz deyilirdi...
- "İstiqlal" İran futbolunun flaqmanıdır. Hər oyunlarına 70-80 min azarkeş gəlir. Amma kubokun finalındakı məğlubiyyətdən sonra bu komandada baş məşqçi dəyişikliyi oldu. Bu üzdən də həmin kluba keçidim baş tutmadı.

- "Neftçi" barədə heç nə demədiniz...
- Bu barədə danışmaq istəmirəm.

- Klublarımızın Avropa Liqasındakı çıxışı barədə nə deyərdiniz?
- Şadam ki, hər üçü birinci mərhələni uğurla keçdi. Məni daha çox "Kəpəz" sevindirdi. Bu, onların ilk belə uğuru idi. Ümid edirəm ki, ən azı iki klubumuz avrokubokların qrup mərhələsinə də vəsiqə qazanar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.