10 iyul 2016 11:00
Admira - Kəpəz oyunu 14-120 avroya
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sı ilə "Kəpəz" arasında keçiriləcək ilk oyunun biletləri satışa çxıarılıb. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti yerindən asılı olaraq, 14-32 avro aralığında dəyişir.
VİP yerlərə isə biletlər 119-120 avroyadır.
Qeyd edək ki, "Admira" - "Kəpəz" matçı iyulun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək.
