Qarabağ iştirak ərizəsini UEFA-ya təqdim etdi
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Düdelanj"la (Lüksemburq) oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov heyətə aşağıdakı futbolçuların adlarını daxil edib:
Qapıçılar: 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan;
Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 55. Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 8. Miçel, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 34. Salman Cəfərov, 67. Əlhərbi Əl Jadeuyi, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 99. Dani Kintana;
Hücumçular: 9. Reynaldo, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov.
