9 iyul 2016 19:00
Məhəmməd Mirzəbəyov: Hələ MTK barədə heç nə bilmirik, amma uğura ümidliyik
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Macarıstan MTK-sı ilə oyunlar barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"MTK ilə oyunlarımız çətin olacaq. Rəqibimiz güclü komandadır. Prinsipcə, burada zəif rəqib axtarmağa da dəyməz. MTK-nı yaxşı analiz etməliyik. Hələ ki, Macarıstan klubu barədə heç nə bilmirik. "Samtredia"ya məğlubiyyətə gəlincə, artıq özümüzə gəlmişik. Komandada hər şey normaldır. Gürcüstandakı oyunu unudub, ancaq MTK ilə görüşləri düşünməliyik. Uğur qazanacağımıza ümidliyik".
