9 iyul 2016 14:30
Admiranın baş məşqçisi Kəpəz haqda danışdı
Avstriyanın "Admira" klubunun baş məşqçisi Oliver Lederer Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyunlardan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Kəpəz" yaxşı təşkilatlanmış komandadır. Amma onların necə çıxış etməsindən asılı olmayaraq, biz öz oyunumuzu göstərməliyik. Birinci təsnifat mərhələsində sərgilədiyimiz oyun mənim gələcəyə nikbin baxmağıma əsas verir. Hiss edirik ki, yenidən uğur qazana bilərik".
