9 iyul 2016 13:00
Aqil Məmmədov: Ancaq xaricdə oynamaq istəyirəm
"Neftçi"nin sabiq qapıçısı Aqil Məmmədov növbəti mövsümlə bağlı planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər axşam Azərbaycan yığmasının qapıçılarla iş üzrə məşqçisi Faiq Əzizovun rəhbərliyi altında məşq edirik. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlaşırıq. Yeni klubuma gəlincə, transfer məsələləri ilə menecerim məşğul olur. O, bir neçə klubla danışıq aparır. Hamısı xarici klublardır. Özüm də ancaq xaricdə oynamaq istəyirəm. Türkiyədən də təkliflər var. Amma hələ sizə dəqiq bir söz deyə bilmərəm".
