9 iyul 2016 11:30

Dario Federiko: Admiranı da keçmək istəyirik

"Kəpəz"in yarımmüdafiəçisi Dario Federiko Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirdikləri səfər oyunundan (1:0, ilk oyun 0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Daçiya" ilə səfər matçının qəhrəmanı oldunuz. Vurduğunuz qol komandanızı tarixində ilk dəfə avrokubokların növbəti mərhələsinə daşıdı...
- Bu qol məni də sevindirdi. Çünki klubuma faydalı oldu. Bu, "Kəpəz", Gəncə üçün tarixi qələbədir. Səfərdə uğurlu çıxış etməyi çox istəyirdik. Buna da nail olduq.

- Həmin epizodda qol vuracağınıza əmin idiniz? Çünki qolda rəqib qapıçının səhvi də köməyinizə çatdı...
- Zərbədən öncə qapıçıya da baxdım. Qərara aldım ki, zərbə vurmağa dəyər. Nəticədə bizə qələbə qazandıran qol qeydə alındı.

- Uzun müddət zədədən əziyyət çəkən Darionun artıq əvvəlki formasına qayıtdığını demək olar?
- İlk oyunda da pis çıxış etməmişdim. Amma ikinci oyunda komandama daha çox kömək etdim. Əlbəttə, bu qol mənim özüməinamımı da artırdı. Futbolsevərlər bundan sonra əvvəlki Darionu görə biləcəklər.

- Komandanı yeni transferlərlə gücləndirməyə ehtiyac var?
- Yaxşı komandamız var. Yaxşı heyətlə yanaşı, yaxşı da baş məşqçimiz var. Çempionatda mövsüm bitən kimi bir neçə futbolçu komandamızı tərk etdi. Mən yeni transferlərin olub-olmayacağını bilmirəm. Gələn olsa, təbii ki, komandaya kömək edə bilərlər. Amma "Kəpəz" indi də uğurlu çıxış edir. "Daçiya"nı keçməyimiz də buna sübutdur.

- Qarşıda sizi Avstriya "Admira"sı gözləyir...
- Rəqibin yaxşı komanda olduğunu bilirəm. Amma biz bu komandaya qarşı uğurlu oynamaq, öz oyunumuzu sərgiləmək və mərhələ adlamaq istəyirik.

- Sizinlə zədədən öncə bəzi klublar maraqlanırdı...
- Bəli, Azərbaycanın güclü klublarından maraqlananlar var idi. Bir təklif daha yaxşı idi. Amma bunu ailəmlə müzakirə etdim və "Kəpəz"də qalmağa qərar verdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.