9 iyul 2016 11:00
Kəpəzə bir günlük istirahət
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sı ilə səfər oyununa çıxan "Kəpəz" (1:0, ilk oyun 0:0) artıq vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev futbolçularına bir günlük istirahət verib.
Sabahdan etibarən isə komanda üzvləri yenidən bir araya gəlib, növbəti oyunun hazırlığına start verəcəklər.
Qeyd edək ki, "Kəpəz" Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sı ilə qarşılaşacaq. İlk oyun iyulun 14-də səfərdə olacaq.
