9 iyul 2016 00:25

Sergey Zenyov: Topun qapı dirəyindən qayıtması üzücü idi

"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sına qarşı keçirdikləri cavab oyunundan (1:2, ilk oyun – 5:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Əlavə olunmuş dəqiqələrdə qol buraxaraq uduzduğunuz cavab oyununu necə şərh edə bilərsiniz?
- Hər şey qaydasındadır. Əsas odur ki, mərhələni keçən biz olduq. Amma bu oyunu analiz edib, öz səhvlərimizi başa düşməliyik.

- "Samtredia"nın heyətində kimi qeyd edərdiniz?
- Düzünü desəm, mən meydan sahiblərinin oyunçularına diqqət yetirmirdim. Mənim üçün daha vacib olan öz komandamızın oyunu idi.

- İkinci hissədə xüsusi fəallıq nümayiş etdirdiniz. Bu oyunda ən çox təəssüfləndiyiniz məqam yəqin ki, 100 faiz qolu qaçırmağınız oldu...
- Əlbəttə, topun qapı dirəyindən qayıtması çox üzücü oldu. Yüz faizlik qol şansını qaçırdıq. Sadəcə, həmin epizodda şans məndən üz döndərdi.

- Daha bir epizodda Tellur Mütəllimova ötürmə vermək qərarına gəldiniz...
- Artıq bir epizodda qapı dirəyini nişan aldığıma görə, ötürmə verməyi üstün tutdum ki, bəlkə qol olar.

- Növbəti mərhələdə qarşılaşacağınız Macarıstan MTK-sı barədə nə deyərdiniz?
- Bizim üçün kiminlə oynamağımızın fərqi yox idi. Şəxsən mən indiyə qədər Macarıstan klublarının oyunlarına baxmamışam və bu komanda barədə də heç bir məlumatım yoxdur. Amma tezliklə rəqib haqda informasiya toplamağa başlayacağam.

- Klub rəhbərliyi daha bir hücumçu almağa hazırlaşır. Əsas heyətdən kənarda qalacağınızdan qorxmursunuz?
- Qorxuram ki, kənarda qalaram (gülür). Əlbəttə, bu, zarafatdır. İnanıram ki, yeni transfer komandanın daha da güclənməsinə kömək edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.