8 iyul 2016 17:20
Rəhman Hacıyev cərimə olunacaq?
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ı ilə cavab oyunundan (1:2, ilk oyun - 2:0) sonra klubun mətbuat xidməti jurnalistlərdən miks-zonaya hansı futbolçuların yaxınlaşmasını soruşduqda, üç oyunçunun adı çəkildi. Azerisport.az saytının əməkdaşı da Jayro, Edson Kastilyo və Rəhman Hacıyevdən açıqlama almağa razılaşdı.
Lakin legioner futbolçular miks-zonaya yaxınlaşıb fikirlərini bildirsə də, Hacıyev bundan imtina etdi.
Qeyd edək ki, paytaxt klubunun rəhbərliyi dəfələrlə açıqlama verib ki, futbolçular mətbuata açıqlama verməkdən imtina edəcəkləri halda cərimə olunacaqlar.
