8 iyul 2016 16:20
Qarabağın ilk oyununa hakim təyinatları açıqlandı
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 12-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyun israilli hakimlərə tapşırılıb.
Baş hakim Orel Qrinfild olacaq. 35 yaşlı referiyə həmyerliləri Danni Krasilkovla İdan Yarkoni kömək edəcək. Dördüncü hakimisə Menaşe Masiahdır.
