8 iyul 2016 16:00
Faiq Əzizov: Yığmamızın üç oyunçusu xaricdə çıxış etmək istəyir
Azərbaycan yığmasının qapıçılarla iş üzrə məşqçisi Faiq Əzizov hazırda klubsuz olan Kamran Ağayev, Aqil Məmmədov və Emil Balayevin durumundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kamran, Aqil və Emil Bakı Olimpiya Stadioununun ehtiyat meydançasından hazırlıq keçir. Onlar hələ də klubsuzdular. Hazırda özlərinə yeni komanda axtarırlar. Hamısı xaricdə oynamaq istəyir. Formada qalmaları üçün hər gün məşq edirlər".
