8 iyul 2016 12:15
İspaniyalı məşqçi milli komandamızdan ayrıldı
21 və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Patrisiya Qonzales postundan gedib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, ispaniyalı mütəxəssis öz istəyinə uyğun olaraq, AFFA ilə qarşılıqlı razılıq əsasında tutduğu vəzifədən ayrılıb.
AFFA Patrisiya Qonzalesə gələcək fəaliyyətində uğurlar arzulayıb.
