8 iyul 2016 12:00
LIG TV Kəpəzi Ermənistan klubu kimi təqdim etdi
Türkiyənin məşhur LIG TV-sinin internet saytı Azərbaycanın Avropa Liqasındakı təmsilçisi "Kəpəz"lə bağlı çox ciddi səhvə yol verib. Azerisport.az xəbər verir ki, saytın əməkdaşları təmsilçimizi Ermənistan klubu kimi qələmə verib.
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsində Moldova "Daçiya"sını mübarizədən kənarlaşdıran (0:0, 1:0) Gəncə klubu növbəti mərhələdə Avstriya "Admira"sı ilə qarşılaşacaq.
