8 iyul 2016 11:30

Julian Ebah: Baş məşqçinin bizdən tələb etdiyini tam olaraq yerinə yetirdik

"Kəpəz"in hücumçusu Julian Ebah Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirdikləri səfər oyunundan (1:0, ilk oyun 0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Sizi qələbə və növbəti mərhələyə adlamağınız münasibətilə təbrik edirik. Matçla bağlı təəssüratlarınız...
- Qələbəyə görə hamımız sevincliyik. Komanda özünə inanırdı. Baş məşqçinin bizdən tələb etdiyini tam olaraq yerinə yetirdik və bizə lazım olan nəticəni qazandıq.

- Baş məşqçi sizdən nə tələb etmişdi ki?
- Bizdən müdafiədə maksimum diqqətli oynamaq və əks-hücumlarda rəqibə qol vurmaq tələb olunurdu. Bunun da öhdəsindən gəldik.

- Sizə elə gəlmir ki, səfər oyunu Bakıdakı ilə müqayisədə daha asan keçdi?
- Bəli, Bakıdakı oyun çox çətin keçdi. Çünki yeni mövsümdəki ilk rəsmi oyunumuz idi. Komanda yenicə yığışmışdı, heyətdə yeni futbolçular vardı. "Daçiya" ilə matça qədər güclü rəqiblərlə qarşılaşmamışdıq. Buna baxmayaraq, çox yaxşı oynadıq. Xeyli qol vəziyyətimiz olsa da, hamısından yararlanmaq mümkün olmadı. Amma bütövlükdə lazım olan nəticəni qazana bildik.

- Dario Federikonun vurduğu qol "Kəpəz" üçün tarixi əhəmiyyət daşıyır. Siz həmin qolla bağlı nə deyə bilərsiniz?
- Dario çox gözəl qol vurdu. Həmin zərbə zamanı mən qol olacağını gözləyirdim. Bu qol Darionun özü üçün də çox vacibdir. Çünki o, uzun müddət idi oynamırdı, yenicə bərpa olunub, meydana dönüb. Fikrimcə, Darionun qolu onun özünə inamını qaytarmasına kömək edəcək.

- Komanda mümkün penalti seriyasına hazır idi?
- Əlbəttə, lazım gəlsəydi, 120 dəqiqə də mübarizə aparmağa hazır idik. Penaltiləri də məşq etmişdik. Bizdə penalti zərbələrini yaxşı yerinə yetirən futbolçular var. Tadas Simaitis də penaltilərdə güclüdür. Ötən mövsüm neçə penaltini qaytarıb.

- Serjinyon meydandan çıxandan sonra pleymeyker mövqeyinə çəkildiniz...
- Mən baş məşqçinin tapşırdığı istənilən mövqedə oynamağa hazıram. Son dəqiqələri cinahda keçirdim.

- Növbəti mərhələdə "Kəpəz" Avstriya "Admira"sı ilə qarşılaşacaq. Şanslarınızı necə qiymətləndirə bilərsən?
- Mərhələni keçmişiksə, bu komandaya qarşı da layiqli mübarizə aparmalıyıq. Əlbəttə, çətin olacaq. Amma şansların bərabər olduğunu düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.