8 iyul 2016 11:15
Kəpəzlə Qəbələ ilk oyununu səfərdə, Neftçi evdə keçirəcək
Azərbaycanı Avropa Liqasında təmsil edən "Kəpəz", "Qəbələ" və "Neftçi"nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri artıq bəllidir. Azerisport.az xəbər verir ki, komandalarımızın növbəti oyunlarının vaxtı və yeri də məlumdur.
"Qəbələ" növbəti mərhələdə Macarıstan MTK-sı ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyunu iyulun 14-də səfərdə, cavab matçını isə ayın 21-də Bakıda keçirəcək.
"Neftçi" Makedoniya "Şkendiya"sı ilə üz-üzə gələcək. İlk matç iyulun 14-də Bakıda, cavab görüşü ayın 21-də səfərdə olacaq.
"Kəpəz" isə Avstriya "Admira"sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Birinci oyun iyulun 14-də səfərdə, cavab görüşü ayın 21-də Bakıda baş tutacaq.
