8 iyul 2016 10:45

Qəbələnin növbəti rəqibini tanıyaq

“Qəbələ”nin UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Gürcüstanın “Samtredia” klubunu iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran (5:1, 1:2) “qırmızı-qaralar”ın növbəti rəqibi Macarıstanın MKT klubu olub.

Budapeşti təmsil edən komanda bunu Qazaxıstanın “Aktobe” klubu ilə matçlardan sonra rəsmiləşdirib. Ötən həftə səfərdə keçirdiyi ilk qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan macarıstanlılar ev oyununda vurulan 2 cavabsız qolla mərhələ adlayıb. Meydan sahiblərinin qollarını Darko Nikaç və Bornobaş Beşe vurublar. İlk oyunda isə macarıstanlılar Şandor Torqellenin qoluna sevinmişdi.

Yeri gəlmişkən, Vasilis Teodorunun baş məşqçisi olduğu MTK cari mövsümdə avrokubok matçlarını Dyer şəhərinin “Dyirmot” klubunun eyniadlı stadionunda keçirir. Buna səbəb komandanın doğma “Nandor Xedeqkuti” stadionunun təmirə bağlanmasıdır. Bu arena həm klubun, həm macar futbolunun əfsanələrindən biri olan Xedeqkutinin adını daşıyır.
Ümumilikdə isə MTK zəngin avrokubok təcrübəsinə malikdir. 1955/1956 mövsümünə təsadüf edən ilk qitə miqyaslı klub turnirində də iştirak edən budapeştlilər həmin vaxt “Anderlext”lə duellərdə uğurla debüt edib (6:3, 4:1), Çempionlar Kubokunun 1/4 finalında “Reyms”ə uduzmuşdu – 2:4, 4:4.

Özünün yubiley – 20-ci avrokubok mövsümünə başlayan komandanın ən böyük uğuru 52 il əvvələ təsadüf edib. 1963/1964 mövsümündə Kuboklar Kubokunun finalına yüksələn MTK həlledici dueldə “Sportinq”ə təkrar oyunda uduzub – 3:3, 0:1. 1976/1977 mövsümündə də eyni turnirin 1/4 finalınadək irəliləyən Budapeşt təmsilçisi digər cəhdlərində bir neçə mərhələdən çox keçə bilməyib. “Aktobe” ilə bu ilki matçlaradək sonuncu dəfə 2003/2004 mövsümündə mərhələ adlayan MTK 2007/2008, 2008/2009, 2012/2013 və 2015/2016 mövsümlərində avrokuboklara qatılsa da, elə ilk rəqibinə uduzub.

İndiyədək qitə miqyaslı turnirlərdə 81 matçda 31 qələbə qazanan MTK 16 heç-heçə edib və 34 dəfə uduzub.

Klubun tarixinə nəzər salsaq, MTK 1888-ci ildə yaradılıb. 128 il əvvəl yalnız qılıncoynatma və gimnastika növlərinə üstünlük verən klub 1901-ci ildə futbol bölməsi də açıb. Növbəti il aşağı dəstədə çıxış edib yüksək liqaya vəsiqə qazanan klub əvvəl 3-cü, 1904-cü ildə 1-ci yeri tutub. Bu, 23 qat Macarıstan çempionunun ilk zəfəri olub. Bu göstəricidə yalnız “Ferensvaroş”dan (29 dəfə) geri qalan komanda 1914-1925-ci illərdə ardıcıl 10 dəfə hamıdan güclü olmağı da bacarıb. Sonuncu belə uğur isə 2007/2008 mövsümünə təsadüf edib.

MTK 20 dəfə gümüş medallara yiyələnməyi bacarıb. 15 dəfə ölkə kubokunun finalına yüksələn komanda 12 dəfə yarışın qalibi adını qazanıb. Bu göstəricidə də rəqibimiz yalnız “Ferensvaroş”a (22 dəfə) həsəd apara bilər. 1901-ci ildən keçirilən Macarıstan çempionatının yüksək liqasında 106 mövsüm keçirən komanda burada debüt etdiyi 1903-cü ildən sonra yalnız 3 dəfə aşağı dəstəyə düşüb. Həm 1981/1982, həm 1994/1995, həm də 2011/2012 mövsümündə budapeştlilər elə ilk cəhddən geri qayıdıblar. Sonuncu dəfə aşağı liqada oynadığı vaxt kubokun finalınadək irəliləməsi paytaxt klubuna UEFA Avropa Liqasına qatılmaq hüququ da verib. Ötən mövsüm kubokda mübarizəni 1/4 finalda dayandıran MTK UEFA Avropa Liqasına vəsiqəni çempionatın 4-cüsü kimi qazanıb. Onları bürünc medaldan cəmi 2 xal ayırıb.

Xatırladaq ki, “Qəbələ” və MTK arasında ilk oyun iyulun 14-də Macarıstanda, cavab oyunu ayın 21-də Bakıda keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.