Giya Tsetsadze: Qəbələyə 4:0 hesabıyla qalib gəlsəydik, razı qalardım
Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Giya Tsetsadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyununu (2:1, ilk oyun 1:5) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İlk növbədə rəqibi növbəti mərhələyə adlaması münasibətilə təbrik edirəm. Bu gün qələbə qazansaq da, komandamızın oyunundan narazı qaldım. Matç maraqlı alındı. Fikrimcə, azarkeşlər oyundan razı qaldılar. Mən isə yalnız 4:0 hesablı qələbədən razı qaldım. "Qəbələ" növbəti mərhələyə vəsiqə qazanıbsa, deməli, güclüdür. Bu komandada təcrübəli futbolçular çıxış edir. Bizdə isə daha çox gənclər çıxış edir. Hansı ki, onlar yığmamızın potensial futbolçularıdır. Bakıda isə kobud səhvlərə görə uduzduq. Bu gün düzgün taktika seçmişdik. Öz səhvlərimizi gördük. Bundan nəticə çıxaracağıq".
