Baltsanın prezidenti: Sübut etdik ki...
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"ni məğlub etsə də (2:1), mübarizəni dayandıran Maltanın "Baltsan" klubunun prezidenti Anton Talaferro oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında iştirak edən klub prezidenti bunları deyib:
"Baltsan kiçik kənddi. Burada cəmi, 4000 əhali yaşayır. Kiçik kənd olsa da, böyük ürəyimiz var. Bunu meydançada sübut etdik. İkinci mövsümdü avrokuboklarda çıxış edirik. "Neftçi"nin ənənələri daha böyükdü. Bilirdik ki, bizim üçün çətin olacaq. İlk oyundan sonra məyus olmuşduq. Ancaq ikinci hissədə sərgilədiyimiz oyunla sübut etdik ki, biz də oynaya bilirik. Hazırda heyətdə oynayan oyunçulardan ikisi öz yetirməmizdi. Beş legionerimiz var. Qalan oyunçular isə Malta futbolunun yetirməsidi. Rəqibin yaxşı futbolçuları çoxdu. Komandamıza gəlmək istəyən olsa, qəbul edərik".
