7 iyul 2016 22:35
Oliver Spiteri: Netçi səfər oyununda daha sakit oynamışdı
Maltanın "Baltsan" klubunun baş məşqçisi Oliver Spiteri Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyununu (2:1, ilk oyun 0:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Neftçi" səfərdə sakit oynamışdı. Bakıda isə təzyiq altında olduğu hiss edilirdi. Birinci hissədə heç də yaxşı oynamadıq. Amma ikinci yarıda daha yaxşı çıxış etdik. Fikrimcə, ədalətli nəticə oldu".
