7 iyul 2016 22:15
Vəli Qasımov: Baltsanın güclü komanda olduğunu bilirdik
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ına qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətlə (ilk oyun 2:0) bağlı bunları söyləyib:
"Rəqibin güclü komanda olduğunu bilirdik. "Baltsan"la oyunlara çox ciddi yanaşırdıq. Bu oyunda qol buraxandan sonra uşaqlarda özlərinə inam bir qədər azaldı. Topa nəzarət etməkdə çətinlik çəkməyə başladıq. Amma uduzsaq da, uşaqlar növbəti mərhələyə vəsiqəni təmin edə bildilər. Özünüz də gördünüz ki, komandada anlaşılmazlıqlar var. Çünki heyətdə yeni futbolçular çoxdur. Amma bu, zamanla yaxşılaşacaq". (CBC)
