7 iyul 2016 16:00

Aleksey Savinov: Daçiya Bakıdakı oyunda Kəpəzi qiymətləndirmədi

Moldova millisinin və "Bakı"nın sabiq üzvü Aleksey Savinov azerisport.az saytına müsahibəsi:

- "Daçiya" ilə "Kəpəz" arasındakı cavab matçından nə gözləyirsən?
- Oyun Moldovada olacaq, ona görə də daha şanslı tərəf kimi “Daçiya”nı hesab edirəm. Ancaq Bakıdakı matçda “Kəpəz”in yaxşı oynadığını, bərabərsəviyyəli matçın getdiyini gördüm. Hər halda Bakıdakı görüşdə “Kəpəz” qalib də gələ bilərdi.

- “Daçiya”nı favorit hesab edirsən. Bəs necə düşünürsən, bizimkilər sürpriz edə bilər?
- Favorit “Daçiya” olsa da, hər iki klubun növbəti mərhələyə adlamaq şansı var.

- Təmsilçiniz “Kəpəz”ə yuxarıdan aşağı baxırdı. Səncə, bu nədən irəli gəlir?
- “Daçiya” “Kəpəz”i qiymətləndirmədi və sizin klubun qol şansları da çox oldu. Cavab oyununda meydan sahiblərinin daha məsuliyyətli olacağına ümidvaram və belədə “Kəpəz” üçün daha çətin olacaq.

- Şahin Diniyevi yəqin ki, tanıyırsan. Şəxsən onun bu oyundan komandasını üzüağ çıxaracağını düşünürsən?
- Əlbəttə ki, Diniyevi tanıyıram. Düzdü, onunla birlikdə işləməmişəm. Amma çox yaxşı mütəxəssis olduğunu, rəqib komandanın oyununa çox fikir verdiyini bilirəm. Məncə, Şahin bəy “Daçiya” ilə matçda necə sürpriz etməli olduğunu bilir.

- Qarşılaşma Speya şəhərində olacaq, necə düşünürsən, bu, “Daçiya” üçün mənfi haldı?
- Məncə, görüş Kişinyovda keçirilsəydi, təmsilçimizi daha çox azarkeş dəstəkləyərdi. Speyada yaxşı ot örtüyü və şərait var. Ancaq azarkeşlərin az olacağı faktdı. Təbii ki, bu da pis haldı. “Daçiya” çempionatda da bu arenada oyunlarını keçirirdi deyə, stadion onlar üçün doğmadı.

- “Daçiya”nın büdcəsi nə qədərdi?
- Deyə bilmərəm. Çünki bu haqda heç xəbərim yoxdu. 

- “Qarabağ” və “Qəbələ”dən az, “Kəpəz”dən daha çox olduğunu düşünmək olar?
- Bəli, elədir ki, var.

- Azərbaycan futbolu ilə maraqlanırsan?
- Əlbəttə.

- “Bakı”nın durumu heç də yaxşı deyil...
- “Heç də yaxşı deyil” cümləsi məncə, azdı, “Bakı” faciəvi durumdadı. Təbii ki, bu da yaxşı hal deyil. Çünki “Bakı”nın böyük adı var idi, Azərbaycanın brendlərindən idi. Komandaya və infrastruktura böyük pullar yatırıldı. İki dəfə çempion olduq, iki dəfə ölkə kubokunu qazandıq, avrokuboklarda oynadıq.

- Sizcə komanda niyə bu günə düşdü?
- Cavab birdi - pul yoxdu. Pul yoxdu, futbol yoxdu.

- “Bakı”nın sizə borcu qalıb?
- Bəli, mən və Vadim Borets FİFA-da işi udduq. Ali qurum bizim xeyrimizə qərar çıxardı. Ancaq indiyə kimi pul almamışıq. “Bakı”nın mənə bir illik maaşı qalıb.

- “Bakı”da olanda tez-tez məşqçi və oyunçular dəyişilirdi. Elə komandada olanda düşünürdün ki, bunun axırı ola bilməz?
- İstənilən klub üçün oyunçu və məşqçilərin tez-tez dəyişməsi yaxşı deyil. “Bakı”da 5 ilə yaxın oynadım. Orada olduğum müddətdə 7 baş məşqçi dəyişikliyi oldu: Qyoko Hacıyevski, Bülənt Qorxmaz, Cüneyt Biçər, Nazim Süleymanov, Vinfred Şefer, Aleksandr Starkov, Novruz Əzimov, Boşko Bandoviç və Milinko Pantiç.

- Nə vaxtsa məşqçi kimi Azərbaycanda çalışmaq istəyərdin?
- Çox şad olardım. Çünki oranı mənim üçün ikinci vətən saymaq olar. Azərbaycanda – Bakıda iş üçün hər bir şərait var.

- Premyer Liqada gələn mövsümdən 8 klub mübarizə aparacaq. Buna nə ad vermək olar?
- Fikrimcə, liqada maddi durumu sabit olan 8 klub mübarizə aparsa, daha yaxşı olar, nəinki liqa başlayandan sonra 16 komandadan iki-üçünün çıxışını dayandırması. Az olsa, daha yaxşıdı. Ümidvaram ki, hər şey daha yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.