Filip Ozobiç: Bakıdakı kimi oynasaq, problem olmayacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sına qarşı cavab matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu görüşə yaxşı hazırlaşmışıq. Rəqibə ciddi yanaşmağımız lazımdır. Bakıdakı kimi oynasaq, problem olmayacaq. Mənə gəlincə, artıq "Qəbələ"yə uyğunlaşmışam. Yaxşı komandamız var.
Bakının gözəl şəhər olduğunu bilirdim. "Qəbələ"nin, "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki oyunlarını da izləmişdim. Həmyerlim Robert Prosineçkinin Azərbaycan yığmasını çalışdırdığını da bilirəm. Amma bura gələrkən Azərbaycanda çıxış etmiş xorvatiyalı futbolçuların heç biri ilə söhbətləşmədim. Buna ehtiyac yox idi. Azərbaycanda olmasam da, bu ölkə haqqında internetdən bütün informasiyanı toplaya bilmişdim".
