7 iyul 2016 14:00
Qarabağ - Düdelanj matçının biletləri artıq satışdadır
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti yerindən asılı olaraq 1-5 manat aralığında dəyişir.
VİP yerlərə isə biletlərin qiyməti 30 manatdır.
Biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Matç iyulun 12-də keçiriləcək və saat 21:00-da başlayacaq.
