7 iyul 2016 13:30
Kəpəz Daçiya önünə kapitansız çıxa bilər
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsində Moldova "Daçiya"sı ilə cavab matçına çıxacaq "Kəpəz" problemlə üzləşə bilər. Azerisport.az xəbər verir ki, komandanın kapitanı Tural Axundovun səhhətində problem yaranıb.
Futboçu 4-5 gündü ki, soyuqdəymədən əziyyət çəkir. Buna görə onun matçı buraxması da mümkündür. Lakin kapitandan aldığımız məlumata görə isə, soyuqdəyməyə baxmayaraq "Daçiya" önünə çıxmaq istəyir.
Qeyd edək ki, "Daçiya" - "Kəpəz" matçı bu gün saat 19:00-da start götürəcək.
