7 iyul 2016 13:00

İon Arabaci: Kəpəzin Avroliqada mübarizə apardığını eşidəndə çox sevindim

"Kəpəz"in sabiq futbolçusu İon Arabaci azerisport.az saytına müsahibə verib:

- Hazırda nə işlə məşğulsan?
- “Saxan” klubunda çıxış edirdim. Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Kipr “Apollon”una məğlub olub, mübarizəni dayandırdıq. Hazırda klubsuzam.

- Azərbaycanla bağlı xatirələrin nədi? Kiminləsə əlaqə saxlayırsanmı?
- Komandanın həkimi Şıxəli Həsənov və Xaliq Mərdanovla əlaqələrim var. Orada yaxşı münasibətdə olduğum dostlar çox idi. Əsasən, rus dilini bilənlərlə sosial şəbəkələrdə danışıram. Tədricən həmin əlaqələr itib. Bir də Azər Məmmədovu xatırlayıram. Çox təəssüf ki, o, Moldovaya gəlməyib.

- Azərbaycan futbolunun indiki vəziyyətindən xəbərdarsan?
- Bəli, hətta “Kəpəz” 1-ci dəstədə çıxış edəndə belə izləyirdim. Avroliqada mübarizə aparmağını eşidəndə çox sevindim. “Daçiya” çətin rəqibdi, bu oyunda gəncəlilərə uğurlar arzu edirəm.

- Maraqlıdı, sabahkı qarşılaşmada kimə azarkeşlik edəcəksən?
- Çətin sualdı. Mən vətənpərvər insanam, yəqin ki, az da olsa, “Daçiya”nın qələbə qazanmasını istəyəcəm.

- Bəs reallıqda kimin daha şanslı olduğunu düşünürsən?
- Fikrimcə, ciddi mübarizə gedəcək. İlk matçda “Daçiya” pis nəticə göstərməyib. Əgər 1:1 hesabı ilə başa çatsaydı, yaxşı nəticə qazanmaq olardı. İndidən proqnoz verməyə çətinlik çəkirəm.

- Gələcəkdə səni yenidən Azərbaycan çempionatında görə bilərik?
- Yenidən Azərbaycan çempionatında oynamağa yalnız sevinərdim. Amma indi vəziyyət əvvəlki kimi deyil. Hazırda 31 yaşım var. Futbola peşəkarcasına yanaşıram. Klubsuz olsam da, fərdi məşqlərimi davam etdirirəm.

- Moldovada klubsuz qalmaq təhlükən var?
- Elə bir şey yoxdu, burda məni transfer etmək istəyən komandalar var, amma hələ ki, düşünürəm. Ən yaxşı təklifi dəyərləndirmək fikrindəyəm.

- “Daçiya” – “Kəpəz” oyununu stadiondan izləyəcəksən?
- Dəqiq bilmirəm, oyunun keçiriləcəyi Speya şəhərinə gediş rahat deyil. Ola bilsin, Kişinyovdan avtobus təşkil edilsin. Vəziyyətə baxacam.

- Şəxsi maşının yoxdu?
- Xeyr, heç sürücülük vəsiqəm də yoxdu. (gülür)

- Turist kimi də olsa, Bakıya qayıtmaq istəyərdin?
- Əlbəttə, Bakı çox gözəl şəhərdi. Orada yaşamaq da istəyərdim.

- Kişinyov ilk baxışdan müəyyən qədər Gəncəyə bənzəyir. Sən necə düşünürsən?
- O qədər də bənzətməzdim, Gəncədən fərqli, Kişinyovda hündürmərtəbəli binalar azdı. Oxşar cəhtlər də var: Hər iki şəhər yaşıllıqlarla doludu. Amma Azərbaycanda Gəncədə digər şəhərlərlə müqayisədə yaşıllıq daha çoxdu. Moldova isə başdan-başa yaşıla bürünüb.

- Azərbaycan xalqına burdan nə demək istəyərdin?
- Ancaq xoşbəxtlik və sülh arzu edirəm. Bütün dünyanı əhatə edən siyasi hadisələr sizlərdən də yan keçmir. Oralarla bağlı yaddaşımda xoş xatirələr qalıb.

- Azərbaycanda olduğun müddətdə səni ən çox nə təəccübləndirib?
- Valyuta dəyişmə məntəqələri çox tez bağlanır. Halbuki Moldovada bu məntəqələr gec saatlara kimi işləyir. Həmçinin, Gəncədə taksilər məsafədən asılı olmayaraq, hər yerə 2 manata aparırlar. Bundan başqa, ilk dəfə idi ki, müsəlman ölkəsində bu qədər uzun müddət yaşayırdım. Kafelər, bilyard salonları yalnız kişilər üçündü, qadın görmək qeyri-mümkündü. Amma başa düşürəm, hər yerin öz mentaliteti var. Bu, mənə bir az qəribə gəlmişdi.

Azərbaycan xalqına uğurlar arzu edirəm. Hər zaman sülh və dostluq içində yaşasınlar. Azərbaycanın müsəlman dövlət olmağına baxmayaraq, Gəncədə çoxlu məsçidlərlə yanaşı kilsə də var idi. Mən həmişə gedib, orada dua edirdim. Bu da ölkənizin necə tolerant olduğunu göstərir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.