7 iyul 2016 12:00

Kəpəzin son məşqində nələr oldu?

Avropa Liqasının birinci təsnifat mərhələsində Moldovada "Daçiya" ilə cavab görüşü öncəsi "Kəpəz"in açıq məşqi baş tutub. Azerisport.az xəbər verir ki, ötən gün Bakı vaxtı ilə saat 19:00-da başlayan məşq Kişinyovdakı "Zimbru" stadionunun ehtiyat meydançasında keçirilib.

Məkanın dəyişməsinə səbəb, daha əvvəl xəbər verdiyimiz kimi, Speya şəhər stadionunun "Kəpəz"in məskunlaşdığı "Aria" otelindən uzaq və yolların bərbad olması idi. Bu üzdən, "Kəpəz"in məşqə gedib-gəlməsi üçün təxminən 3 saat vaxt lazım gələcəkdi.

Məşq nəzərdə tutulduğu vaxtda başlayıb və 50 dəqiqə davam edib. Ümumilikdə 18 futbolçusu əvvəlcə yüngül qaçış və isinmə hərəkətləri edib. Ardınca onlar müxtəlif texniki və taktiki təmrinlər üzərində işləyiblər. Bundan sonra baş məşqçi Şahin Diniyev komandanı hərəsində 8 futbolçu olmaqla, iki "kvadrat"a bölüb. Qapıçılar isə məşqçi Nadir Şükürovun rəhbərliyi altında ayrıca çalışıblar.

Məşqin son hissəsində Renan de Alveş, Şəhriyar Əliyev, Tural Axundov, Şəhriyar Rəhimov, Kərim Diniyev, Vüqar Bəybalayev, Serjinyo, Nicar Qurbanov, Dario Frederiko və Julyen Ebah sabahkı oyun üçün nəzərdə tutulmuş taktiki gedişlər üzərində işləyiblər. Böyük ehtimalla, sabah bu futbolçular əsas heyətdə yer alacaqlar. Çalışmalar futbolçuların cinahlardan asma və uzun ötürmələri ilə başa çatıb.

Məşq zamanı "Milli Dəstə" fan-klubunun rəhbəri Şamil Mustafayevin "Kəpəz"in şəninə azərbaycanca və ingiliscə oxuduğu mahnılar futbolçular, məşqçilər korpusu və məşqi izləyənlər üçün xoş sürpriz olub. Yeri gəlmişkən, "Neftçi"yə Maltada "Baltsan"la Avroliqa oyununda da stadiondan azarkeşlik etmiş Şamil sabah Gəncə komandasını təkbaşına dəstəkləməyəcək. Onun əməyi sayəsində Moldova Azərbaycanlıları Konqresinin 50-dək üzvünün də oyunda olacağı gözlənilir.

Sonda qeyd edək ki, heyətdə zədəli futbolçular yoxdur. Komandada əhval-ruhiyyə yüksəkdir. (AFFA yanında Media Komitəsi)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.