7 iyul 2016 11:30
Arif Əsədov: Kəpəz ələ düşən şanslardan yaxşı yararlanmalıdı
Azərbaycanlı mütəxəssis Arif Əsədov klublarımızın Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarındakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" və "Qəbələ" mərhələnin taleyinə 90 faiz aydınlıq gətirib. Amma istənilən halda "Baltsan" və "Samtredia" ilə oyunlara ciddi yanaşmaq lazımdır. "Kəpəz"ə gəlincə, "Daçiya" ilə şansları bərabərdir. Əsas odur ki, təmsilçimiz ev oyununda qol buraxmayıb. Vurulacaq bir qolun əhəmiyyəti çox böyük olacaq. "Daçiya" öz meydanında topa nəzarət etməyə çalışacaq, "Kəpəz" isə əks-hücumlara bel bağlayacaq. Sadəcə, ələ düşən şanslardan yaxşı yararlanmaq lazımdır".
