Kəpəz qələbə, Qəbələ və Neftçi məğlubiyət ilə mərhələ adladı
Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qəbələ”, “Neftçi” və “Kəpəz” də cari mövsümdə ikinci oyununa çıxıb.
Bakıda Moldovanın "Daçiya" klubu ilə qolsuz bərabərliyə razılaşan Gəncə təmsilçisini səfərdə hətta qollu heç-heçə də qane edirdi. Amma Şahin Diniyevin yetirmələri səfərdə minimal hesablı qələbə qazanmaqla mərhələ adlamağı bacarıblar.
"Kəpəz"lə eyni vaxtda meydana çıxan "Qəbələ" isə ev oyununda Gürcüstan "Samtredia"sını darmadağın etdiyindən səfərdə işi elə də çətin olmayacaqdı. Təəssüf ki, matçın son dəqiqələrində daha bir qol buraxan Roman Qriqorçukun komandası səfərdən məğlubiyyətlə qayıdıb. Amma bu, təmsilçimizin mərhələ adlamasına mane olmayıb.
"Neftçi" də mərhələnin taleyini çətinlik çəkmədən həll edə bilərdi. Bakılılar səfərdə 2 cavabsız qolla qalib gəldikləri Malta "Baltsan"ına doğma meydanda daha ağır məğlubiyyət yaşatmağa qadir idi. Amma təəssüf ki, "ağ-qaralar" doğma meydanda arzulanan oyunu sərgiləməyiblər. Qarşılaşmada hesabı açan tərəf bakılılar olsa da, ikinci hissədə iki qol buraxaraq məğlub olublar. Amma bu məğlubiyyət mərhələ adlamağa problem yaratmayıb.
Avropa Liqası
Birinci təsnifat mərhələsi, cavab oyunları
7 iyul
“Daçiya” - “Kəpəz” - 0:1 (0:0)
Qol: D.Federiko, 57 (0:1).
Sarı vərəqə: S.Mani, 21. Serjinyo, 30. S.Bulqaru, 48.
Baş hakim: Laşa Silaqava (Gürcüstan).
Speya. “Speya” stadionu.
İlk oyun - 0:0.
"Daçiya": 12. Dmitri Çelyadnik, 2. Andrey Slinkin, 4. Simeon Bulqaru (k), 5. Vyaçeslav Posmak, 10. Aleksandru Bejan (25. Andrey Buqnyak, 72), 11. Denis Kojanov (9. İqor Buqayev, 77), 15. Sapol Mani (7. Rinar Valeyev, 67), 17. Yevgeni Koçuk, 19. Maksim Qavrilenko, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feşuk.
Ehtiyat oyunçular: 16. Dorian Raylyan, 6. Mecit Neziri, 13. Ruslan Şauvxalov, 20. Maksim Kojokaru.
Baş məşqçi: Oleq Bejenar.
"Kəpəz": 8. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev (6. Ceyhun Cavadov, 67), 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov (15. Azad Kərimov, 82), 18. Tural Axundov (k), 25. Şərhiyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo (9. Tural Qürbətov, 73), 90. Julian Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov.
Baş məşqçi: Şahin Diniyev.
“Samtredia” - “Qəbələ” - 2:1 (1:1)
Qollar: B.Zivzivadze, 14-pen. (1:0). T.Uiks, 42 (1:1). L.Şerqelaşvili, 90+2 (2:1).
Sarı vərəqə: V.Vernidub, 25. G.Mçedlişvili, 30. T.Mütəllimov, 80. Q.Manjqaladze, 90+3.
Baş hakim: Georgios Kizas (Yunanıstan).
Zestafoni. “David Abaşidze” stadionu.
İlk oyun - 1:5.
"Samtredia": 12. Omar Miqneişvili, 3. Cemal Qoqiaşvili, 4. Nika Sandoxadze, 10. Baçana Arabuli, 11. Budu Zivzivadze, 15. Daçi Tsnobiladze (7. Davit Rajamaşvili, 75), 16. Laşa Şerqelaşvili, 22. Georgi Mçedlişvili, 26. Georgi Datunaşvili (k), 39. Tornike Qorqiaşvili (6. Qiuli Manjqaladze, 46), 77. Georgi Qamkrelidze (14. Davit Jikiya, 63).
Ehtiyat oyunçular: 30. Kaxaber Meşveliani, 2. Davit Mtivlişvili, 8. Teymuraz Markozaşvili, 17 Şota Kerdzevadze.
Baş məşqçi: Georgi Tsetsadze.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k) (4. Elvin Camalov, 69), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub (44. Rafael, 46), 18. Baqali Dabo, 19. Filip Ozobiç (88. Tellur Mütəllimov, 52), 20. Rikardinyo, 27. Teo Uiks, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 17. Məhəmməd Mirzəbəyov, 29. Hacıağa Hacıyev, 32. Rəşad Eyubov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Neftçi” - “Baltsan” - 1:2 (1:0)
Qollar: Jayro, 20 (1:0). L.Mikallef, 51 (1:1). L.Mikallef, 67 (1:2).
Matçın 57-ci dəqiqəsində P.Feneç penaltidən yararlana bilməyib (kənara)
Sarı vərəqə: D.Qrima, 45. Jayro, 53. D.Melnyak, 57. E.Abdullayev, 72. K.Brinçat, 83. E.Serrano, 85. Anderson, 86. B.Kalyeviç, 86. P.Feneç, 86. C.Qrioli, 90+5.
Baş hakim: Yaroslav Kozik (Ukrayna).
Bakı. 8-ci km qəsəbə stadionu stadionu.
İlk oyun - 2:0.
"Neftçi": 1. Krşevan Santini, 3. Jayro, 7. Araz Abdullayev (19. Fəhmin Muradbəyli, 77), 8. Elşən Abdullayev (4. Rahil Məmmədov, 90), 11. Ruslan Qurbanov (10. Cavid İmamverdiyev, 69), 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo.
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Vəli Qasımov.
"Baltsan": 1. Kristian Kassar, 4. Castin Qrioli, 8. Rayan Feneç, 9. Borçe Manevski (7. Lidon Mikallef, 46), 10. Dilan Qrima (16. Kliv Brinçat, 82), 11. Stiv Betsina, 17. Alfred Effionq, 18. Anderson, 23. Elkin Serrano, 50. Bruno, 86. Boyan Kalyeviç.
Ehtiyat oyunçular: 12. Mixail Şkiberras, 32. İvan Yanyuşeviç, 5. Samir Arab, 20. Terençe Aqius, 88. Sin Çipriot.
Baş məşqçi: Oliver Spiteri.
