7 iyul 2016 00:20

Sergey Zenyov: Səfərdə də qələbəyə oynayacağıq

"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sına qarşı keçiriləcək cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Gürcülərlə ilk oyunun nəticəsi bir qədər gözlənilməz oldu...
- Prinsipcə, hesab bizim üçün də gözlənilməz oldu. Şübhəsiz ki, qələbəyə inanırdıq. Amma hesabın belə olacağını gözləmirdik. Hamımız nəticədən razıyıq. Bu, cavab matçı öncəsi optimal variantdır.

- "Qəbələ"nin artıq növbəti mərhələyə vəsiqəni təmin etdiyini demək olar?
- Gəlin erkən nəticə çıxarmayaq. Cavab oyununa da ciddi hazırlaşırıq.

- Səfərdə də qələbəyə oynayacaqsınız?
- Əlbəttə. Əks halda niyə bura gəlirdik ki?

- "Samtredia" "Qəbələ"yə problem yaradacaq gücdədir?
- Rəqibimiz doğrudan da yaxşı komandadır. Sadəcə, Bakıdakı oyunda biz çox yaxşı oynadıq və ələ düşən şanslardan yaxşı yararlandıq.

- Oyundan öncə sizin tam hazır olmadığınız deyilirdi. Amma siz meydana çıxıb, hətta qol da vurdunuz...
- Əlbəttə, yüz faiz hazır olduğumu deməzdim. Amma həmin oyunda hər şeydən razı qaldım.

- "Qəbələ"nin yeni transferlərindən Teo Uiks debüt oyununda het-trik etdi. Bunu necə qarşıladınız?
- Onun oyunu, vurduğu üç qol hər şeydən xəbər verir. Onun necə futbolçu olduğunu hamımız gördük. Əlavə nəsə danışmağa ehtiyac görmürəm.

- İndiki "Qəbələ" daha güclüdür, ya ötən mövsümkü?
- (gülür) Dəqiq bircə onu deyə bilərəm ki, belə bir müqayisə aparmayacağam. Ötən mövsüm də yaxşı komandamız var idi, indi də.

- Ötən mövsüm birgə oynadığınız futbolçular üçün darıxmırsınız?
- Əlbəttə, darıxıram. Çünki dostluq edirdik, ailələrimiz arasında münasibət var idi.

- Gözləriniz oyun zamanı Aleksey Qayı axtarmırdı?
- (gülür) Yox. Əlbəttə, darıxıram, amma o qədər də yox. İndi komandamızda başqa futbolçular var.

- Mərhələ adlayacağınız halda alacağınız mükafatla bağlı rəhbərliklə söhbətiniz olub?
- Bu, artıq klubumuzun daxili işidir. Onu müzakirə etməyəcəyik (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.