6 iyul 2016 21:30
Baltsanın kapitanı: Rəqibin heyətində güclü oyunçular var
Maltanın "Baltsan" klubunun kapitanı Stiven Betsina Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Qarşıda bizi daha 90 dəqiqə gözləyir. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində gülcü futbolçular var. "Neftçi"də Araz Abdullayevi qeyd edərdim. İlk oyunda məğlub olsaq da, motivasiyamız yetərincədir".
