Olvier Spiteri: Bakıda gəzməyi öyrənmək istəyirik
Maltanın "Baltsan" klubunun baş məşqçisi Oliver Stiperi Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- "Neftçi"yə qonaqpərvərliyinə görə minnətdaram. Bizim üçün yaxşı şərait yaradıblar. Bizi çətin oyun gözləyir. Rəqib ilk oyunda istəyinə çatdı. Daha artığına nail ola bilərdilər. Amma biz də yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Yetirmələriniz nəhayət Avroliqada ilk qolunu vura biləcək?
- Biz Avropada hələ körpəyik. "Baltsan" kiçik komandadır. Gəzməyi öyrənmək lazımdır. Sabah da qol vuracağımıza ümidliyik.
- "Neftçi" sizi ilk oyunda nə ilə təəccübləndirə bildi?
- Arazla Rəhmanın oyunu çox xoşuma gəldi. Araz ümumiyyətlə səviyyəli futbolçudur. Elşənlə Ruslan da güclüdür. "Neftçi"dən gözlədiyim hər şeyi gördüm. Komandamız gəncdir. Standart vəziyyətdən qol buraxdıq.
- Bakı barədə fikirləriniz necədir?
- Bakı gözəl şəhərdir. Avropanın ən yaxşı şəhərlərindən biridir. Siyasi baxımdan ölkələrimiz də çox yaxındır.
- Heç-heçə sizin üçün uğurlu olacaqmı?
- "Neftçi"nin potensalına bələdik. Meydana başıuca çıxmaq və potensialımızı göstərmək istəyirik.
