6 iyul 2016 19:30
Baqali Dabo: Samtrediyaya qol vurmağa çalışacağam
"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə bu oyunda heç-heçə də kifayət edir ki, növbəti mərhələyə vəsiqə qazanaq. Amma biz səfərdə də qələbə qazanmağa çalışacağıq. "Samtredia" evdə oynayacağı üçün doğma azarkeşlərinin dəstəyindən yararlanmağa çalışacaq. Buna görə bizə çətin olacaq. Lakin biz də müdafiədə oturmayacağıq. Hücum etməsən, qələbə qazana bilməzsən. Sabahkı oyunda qol vurmağa çalışacağam".
