6 iyul 2016 19:00
Şahin Diniyev məşq yerini dəyişdi
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sı ilə səfər oyunundan öncəki məşq yerini dəyişib. Azerisport.az xəbər verir ki, Gəncə təmsilçisi matçın keçiriləcəyi Speya şəhərinin eyniadlı stadionunun uzaq olduğunu nəzərə alaraq, məskunlaşdıqları Kişinyov şəhərində məşq etməyə qərar verib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı sabah keçiriləcək.
